Yük liftləri
Anbar, zavod, istehsalat, mağaza, restoran və digər kommersiya obyektləri üçün müxtəlif daşıma qabiliyyətli yük liftləri.
Hər bir layihəyə fərdi yanaşma tətbiq olunur. Obyektin ölçüləri, daşıma qabiliyyəti, istifadə intensivliyi və memarlıq xüsusiyyətləri nəzərə alınaraq texniki baxımdan uyğun və səmərəli lift həlli hazırlanır.
Anbar, zavod, istehsalat, mağaza, restoran və digər kommersiya obyektləri üçün müxtəlif daşıma qabiliyyətli yük liftləri.
Villa, bağ evi və fərdi yaşayış evləri üçün kompakt, estetik və memarlığa uyğun lift sistemləri.
Hərəkət məhdudiyyətli şəxslər üçün pilləkən liftləri, maili və şaquli platformalar, təhlükəsiz giriş həlləri.
Tikinti, sənaye və xidmət sahələri üçün teleskopik liftlər, mast tipli qaldırıcılar, servis və yük liftləri, həmçinin platforma əsaslı xüsusi həllər.
Məqsədimiz obyektin real ehtiyacını düzgün analiz edərək təhlükəsiz, uzunömürlü və estetik lift sistemləri təqdim etməkdir. Hər layihəyə mühəndislik, istifadə rahatlığı və servis perspektivindən yanaşırıq.
Hər mərhələni vahid komanda ilə idarə etdiyimiz üçün layihə daha nəzarətli, daha sürətli və daha etibarlı şəkildə tamamlanır.
Layihənizi müzakirə edəkObyektə baxış keçirilir, ölçülər və texniki məhdudiyyətlər qeydə alınır.
Daşıma qabiliyyəti, ölçü, mexanizm və istifadə ssenarisinə uyğun layihə hazırlanır.
Layihəyə uyğun mexaniki və elektrik komponentləri hazırlanır və komplektləşdirilir.
Sistem peşəkar şəkildə quraşdırılır, sınaqdan keçirilir və istifadəyə təhvil verilir.
Periodik texniki baxış, nasazlıqların aradan qaldırılması və ehtiyat hissələri dəstəyi.
Mövcud lift və qaldırıcı sistemlərin təhlükəsizlik, idarəetmə və görünüş baxımından yenilənməsi.
İlkin məlumatları göndərin, komandamız sizə uyğun məhsul kateqoriyası və texniki yanaşma barədə geri dönüş etsin.
Məkanın növünü, mərtəbə sayını və qaldırılacaq yükü qeyd edin. Komandamız ilkin qiymətləndirmə üçün sizinlə əlaqə saxlasın.